XİN: İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb
Yeniliklərdən dərhal xəbərdar olun
İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib.
Azərbaycan XİN-in martın 1-də açıqladığı məlumatına əsasən yalnız bir nəfər vətəndaşımız xəsarət alıb, vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir və onun vəziyyəti yaxşıdır.
Böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən Azərbaycanın səfirlikləri və Baş konsulluqları fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir. XİN-in paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhədindən istifadə olunur.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...