XİN başçısı: Azərbaycan və İordaniya İran məsələsinin diplomatik yolla həllinə tərəfdardırlar

XİN başçısı: Azərbaycan və İordaniya İran məsələsinin diplomatik yolla həllinə tərəfdardırlar
Siyasət 0

Azərbaycan və İordaniya İran məsələsinin yalnız diplomatik yolla həllinə tərəfdardırlar.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə Bakıda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət, münaqişə və gərginliklər narahatlıq doğurur:

"Son vəziyyətin, xüsusilə İran ətrafındakı durumun daha sabit şəkildə davam etməsini və yalnız diplomatik yolla həllinə razılıq ifadə olundu. Hər iki ölkə bu kontekstdə lazımi addımlar atmağa hazırdır".

Son xəbərlər