XİN Azərbaycan vətəndaşlarına İrana səfərdən çəkinmələrini tövsiyə edib

İsrail Dövləti və İran İslam Respublikası arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İranda olan Azərbaycan vətəndaşlarına müraciətində deyilir.
"Hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur.
Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi
+98 905 523 01 07
Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu
+961 4 922 066", - müraciətdə deyilir.
Oxşar xəbərlər
Deputat: "İranın məqsədi ölkəmizi orada yaşayan azərbaycanlılara düşmən kimi göstərməkdir"
Son vaxtlar İran mediasında anti-Azərbaycan ritorikası kəskin şəkildə yüksəlib. İrana qarşı 12 günlük müharibə zamanı Azərbaycanın İsrailə guya hərbi dəstək ver...