XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Rusiya hüquq mühafizə orqanları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı günahkarların cəzalandırılacağını gözləyir.
BAKU.WS xəbər verir ki, bu barədə XİN-ə çağırılan Rusiyanın səfiri Mixail Yevdokimovla nazir müavini Araz Əzimovun görüşündə deyilib.
Məlumatda qeyd olunub ki, Rusiya hüquq mühafizə orqanları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Rusiya tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılacağını və günahkarların cəzalandırılacağını Azərbaycanın gözlədiyi bir daha diqqətə çatdırılıb:
"Bununla bağlı Azərbaycan tərəfinin mövqeyinin Rusiyanın daxili işlərinə müdaxilə kimi qələmə verilməsinin əsassız olduğu qeyd edilib".
Oxşar xəbərlər
İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əz...