Azərbaycan və Qazaxıstanın birgə hərbi təlimlərə start verdi
Qazaxıstanın Aktau şəhərində Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə "Xəzər küləyi – 2025" adlı birgə hərbi təlimlərə start verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlimlər Xəzər dənizində dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi, dəniz iqtisadiyyatına aid obyektlərin mühafizəsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə təşkil olunub.
Təlimlərin açılış mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, 1-ci dərəcəli kapitan Teymur Mürşüdov və Qazaxıstan Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
Prezident Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. BAKU.WS xəbər v...