Xersonda həlak olan üç azərbaycanlı dəfn olundu - VİDEO

Ukraynada müharibə davam edir.
BAKU.WS xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O, qeyd edib ki, Rusiya Ordusu Kiyev vilayətini raket və dron hücumuna məruz qoyub. Şəhər son bir həftədə ağır və gərgin hava hücumuna məruz qaldığına görə, sakinlərin bir qismi Kiyevi tərk ediblər. Həmçinin Zaporojye, Xerson və Donetsk vilayətində vəziyyət yenidən gərginləşib.
M.Aslanov Xersonda 3 azərbaycanlının həlak olduğunu bildirib:
“Həmin şəxslərin meyiti qeyri-insani işgəncələrə məruz qalıb. Onlar - Qiyas Kərimov, Ruslan Mərdanov və Həsəndir”.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
