Xerson atəşə tutuldu: 23 günlük körpə valideynlərilə birgə öldü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya ordusu avqustun 13-də Ukraynanın Xerson vilayətini kütləvi şəkildə atəşə tutub. Zərbələr nəticəsində biri uşaq olmaqla altı nəfər həlak olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko və prezident aparatının rəhbəri Andrey Yermak məlumat veriblər.
Məlumata görə, atəş nəticəsində yerli sakinlər - ər, arvad və onların cəmi 23 günlük olan qızı həlak olub.
Bununla yanaşı, 12 yaşlı uşaq da ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.Bildirilir ki, raket atəşi nəticəsində beş fərdi ev dağılıb.
Qalereya
Oxşar xəbərlər
Rusiya Ukraynanın şəhərini raketlərlə vurdu - Çox sayda ölən və yaralanan var - FOTO
Rusiya Ukraynanın Pokrovsk şəhərinə raket hücumu edib. Nəticədə 7 nəfər həlak olub. BAKU.WS xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Naziri İqor Klimen...