Xarici diplomatların və hərbi attaşelərin Zəngilana səfəri başlayıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin dekabrın 10-da Zəngilan rayonuna səfəri başlayıb.
BAKU.WS xəbər verir ki, səfər proqramında, iqamətgahı Bakıda və Ankarada yerləşən 70-ə yaxın səfirlik və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri - səfirlər, rəhbər şəxslər və digər diplomatlar, hərbi attaşelər, həmçinin Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər. Ümumilikdə 150-yə yaxın iştirakçını Bakı və Ankara şəhərlərindən daşıyan təyyarələr Zəngilan Beynəlxalq Hava Limanına eniş edib.
Diplomatlar, xarici ölkələrin səfirləri, hərbi attaşeləri və beynəlxalq təşkilatların təmsilçiləri əvvəlcə Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar. Azərbaycan Respublikasına viza tələb olunan diplomatlara bu hava limanında ilk dəfə “ASAN Viza” sistemi vasitəsilə elektron viza rəsmiləşdirilib.
Diplomatik korpusun nümayəndələri səfər çərçivəsində Zəngilan və Qubadlı şəhərlərində bərpa və yenidənqurma işləri ilə tanış olacaq, həyata keçiriləcək layihələr barədə məlumat əldə edəcəklər.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...