Xankəndidəki Zəfər Tağının hündürlüyü 44 metr olacaq
03
iyl
2025
14:03
Xankəndidə tikilməkdə olan Zəfər parkında Zəfər Tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq.
BAKU.WS xəbər verir ki, Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır.
Parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub.
Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək.
Oxşar xəbərlər
Hikmət Hacıyev: Azərbaycan Ermənistanla sülh prosesini əməli addımlarla sübut edib
Ermənistan-Azərbaycan sülh prosesi yalnız kağız üzərində yazılmış bəyanatdan ibarət deyil. Azərbaycan bunu əməli addımları ilə də sübut edib. BAKU.WS "Report"a...