Xankəndi-Laçın yolunda Xocalı soyqırımının ildönümü ilə bağlı lövhələr quraşdırılıb - FOTO

Xankəndi-Laçın yolunda aksiyanın keçirildiyi əraziyə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı lövhələr quraşdırılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, lövhələrin üzərində rus və ingilis dillərində “Xocalıya ədalət” şüarı yer alıb.
Həmçinin aksiya iştirakçıları Azərbaycan, rus və ingilis dillərində “Xocalıya ədalət”, “Xocalı soyqırımını unutma”, “Xocalı soyqırımı XX əsrin faciəsi” kimi şüarlar səsləndirirlər.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 77 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Oxşar xəbərlər
Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri növbəti dəfə maneəsiz hərəkət ediblər - FOTO - YENİLƏNİB
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 7 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. Report-un...
