Xankəndi kabus şəhərə çevrildi - çörək də tapılmır
05
okt
2020
12:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarından sonra erməni işğalı altında olan Xankəndi kabus şəhərə çevrilib. BAKU.WS xəbər verir ki, bu barədə şəhərdə olan rusiyalı jurnalistlər məlumat verirlər. Azərbaycan Ordusunun uğurlarından sonra Ermənistan rəhbərliyi şəhərdə məskunlaşan ermənilərin qaçışının qarşısını almaqda aciz qalıb. Yaşadıqları torpaqların onlara aid olmadığını anlayan ermənilər kütləvi şəkildə qaçışa başlayıblar. “RİA Novosti” yazır ki, artıq kabusa çevrilən şəhərdə, demək olar ki, bütün küçələr boşdur, bütün növ, o cümlədən ərzaq mağazaları, kafe-restoranlar bağlanıb. Şəhərdə çəkiliş aparan və qalan az sayda adam da ərzaq böhranı ilə üzləşib. Onlar hətta çörək almağa belə yer tapa bilmirlər. Artıq Xankəndidə hava həyəcan siqnalını eşitmək də adiləşib. Küçələrdə günlərdir toplanmayan zibil qalaqlanıb. "Küçələrdə piyadaya nadir halda rast gəlmək olar. Bəzən qaçanları düşərgələrə daşıyan maşınlar keçir. İctimai nəqliyyat işləmir, bütün avtobuslar əhalini Ermənistana daşımağa yönləndirilib. Şəhər boşalır. İnsanlar saytlar, teleqram kanallarında oturaraq sülhlə bağlı hansısa xəbərə rast gələcəklərinə ümid edirlər".
Oxşar xəbərlər
Artıq 20 min erməni Qarabağı tərk edib
Azərbaycan Ordusunun üç istiqamətdə apardığı şiddətli döyüşlər Ermənistanda və separatçıların nəzarətində olan ərazilərdə ciddi təşvişə səbəb olub. Ordumuzun hə...