Xamənei: Haniyənin qisasını almaq İranın borcudur
31
iyl
2024
12:24
İsmayıl Haniyənin qisasını almaq İranın borcudur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xamənei deyib.
Onun sözlərinə görə, bunun səbəbi İsmayıl Haniyənin İran torpaqlarında şəhid olmasıdır: “Haniyəni qətlə yetirməklə İsrail özü üçün ağır cəzaya zəmin yaratdı”.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.
Oxşar xəbərlər
Haniyə sabah Tehranda dəfn olunacaq
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin dəfn mərasimi sabah Tehranda keçiriləcək. BAKU.WS xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat...