"Xalqın qələbəsi" - Tchouameni Fransada keçirilən seçkilərə reaksiya verib

Xalqın qələbəsi - Tchouameni Fransada keçirilən seçkilərə reaksiya verib
Siyasət 52

Fransa millisinin və "Real Madrid"in yarımmüdafiəçisi Aurelien Tchouameni Fransada keçirilən seçkilərin nəticələrini şərh edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ilkin məlumata görə, heç bir blok parlamentdə mütləq səs çoxluğu əldə etməyib və Fransa millisinin bir çox oyunçusunun qarşı çıxdığı Milli Ralli üçüncü yerdədir.

"Real Madrid"in yarımmüdafiəçisi X səhifəsində "Xalqın qələbəsi" sözlərini yazıb.

Xatırladaq ki, prezident Emmanuel Makron tərəfindən Milli Assambleyanın buraxılmasından sonra elan edilən növbədənkənar parlament seçkilərinin birinci turunda Le Penin partiyası qalib gəlib.

Son xəbərlər