Xalidə Bayramova daha bir səlahiyyətini itirdi

27
may
2019
08:25
Səbail rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.BAKU.WS BakuPost.az-a istinadla xəbər verir ki, icra başçısının müvafiq əmrinə əsasən başçının birinci müavin Xalidə Bayramova İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən Qəyyumluq Komissiyasının sədrliyindən azad olunub.Bu vəzifəyə Səbail rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Yaqub Nəcəfli təyin olunub.Qeyd edək ki, Xalidə Bayramovanın adı intihar edən Bakının 162 saylı məktəbinin şagirdi 14 yaşlı Elina Hacıyevanın ölümündə hallanırdı.
Oxşar xəbərlər
"Elinanın videosunu mən çəkməmişəm" - Xalidə Bayramova danışdı
162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Bakı Şəhər Prokurorluğunda ifa...
