Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır
Ermənistan qonşu ölkələrlə qarşılıqlı etimad yaratmalı və problemli məsələləri imkan daxilində vasitəçilər olmadan həll etməlidir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib.
O, həmçinin qonşu ölkələrlə birgə regional proqramların həyata keçirilməsinin zəruriliyini bildirib. V.Xaçaturyanın fikrincə, bu addımlar regionda uzunmüddətli sülhün bərqərar olmasına imkan verəcək.
Ermənistan Prezidenti vurğulayıb ki, hazırda regionda yeni vəziyyət formalaşıb, sülh və əməkdaşlıq üçün zəruri olan imkanlar, istək və hazırlıq mövcuddur:
"İndi tamamilə başqa bir vəziyyət hökm sürür. Hazırda imkanlar, istək və hazırlıq var. Biz özümüz qonşularımızla qarşılıqlı etimad formalaşdırmağı və birgə proqramlar həyata keçirməyi bacarmalıyıq. Mən həm TRIPP-i ("Tramp marşrutu" - red.), həm də gələcəkdə yalnızca ayrı-ayrı ölkələr üçün deyil, bütün region üçün faydalı olacaq enerji proqramlarını nəzərdə tuturam".
Oxşar xəbərlər
Fərid Şəfiyevin "The Guardian"a məktubu: Ermənistan-Azərbaycan münaqişəsi birtərəfli təqdim edilib
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev erməni rejissor tərəfindən çəkilmiş "The Black Gard...