Vüqar Bayramov: "Pakistanla iqtisadi əlaqələri daha da dərinləşdirmək üçün böyük potensial var"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələri daha da dərinləşdirmək üçün böyük potensial var.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bu gün keçirilən növbəti plenar iclasında bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında illik ticarətin dəyəri 20-30 milyon ABŞ dolları civarında olsa da, bu rəqəmi 2 milyard ABŞ dollarına qədər artırmaq hədəflənir.
"Azərbaycan həm də Türkiyə ilə illik ticarətinin dəyərini 15 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir. Bu da o deməkdir ki, iki qardaş dövlət olan Türkiyə və Pakistanla illik ticarətin dəyərinin 17 milyard ABŞ dollarına çatdırılması hədəflənir. Bu, yeni strateji əməkdaşlıq strategiyasıdır", - deyə deputat qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...