Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri iki xalq üçün yeni əməkdaşlıq və rifah imkanları açır.
BAKU.WS xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri ilə bağlı paylaşımında qeyd edib.
"Mənim üçün Azərbaycan Prezidenti İlham Əliyevi qəbul etmək və birlikdə Serbiya ilə Azərbaycan arasında hərtərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində çalışmaq böyük şərəf oldu. Bu səfər xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açan ortaq dəyərlərimizin və baxışlarımızın təsdiqidir. Əziz dostum, səfəriniz üçün təşəkkür edirəm! Tezliklə yenidən görüşmək ümidi ilə!", - deyə o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...