Vladimir Putin rus dilinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin rus dilinə göstərilən diqqətə görə azərbaycanlı həmkarı İlham Əliyevə təşəkkürünü bildirib.
BAKU.WS xəbər verir ki, Rusiya Lideri Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib: “Azərbaycanda rus dilindən hər yerdə və sərbəst istifadə olunur. Hiss edirik ki, Azərbaycan Respublikasının rəhbərliyi bu tendensiyanı hərtərəfli şəkildə dəstəkləyir. İlham Heydər oğlu, rus dilinə göstərilən bu diqqətə görə Sizə minnətdarıq”.
Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsünün müzakirə olunduğunu vurğulayan Vladimir Putin əlavə edib: “Azərbaycan Prezidenti bu təşəbbüsü dəstəklədi. Ümidvaram ki, biz onu kifayət qədər tez həyata keçirəcəyik”.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...