Vladimir Putin: "Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk"
Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk.
Bu fikir Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə yenidən prezident vəzifəsinə seçilməyi münasibətilə göndərdiyi təbrik məktubunda bildirilib.
V.Putin bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, beynəlxalq gündəliyin aktual məsələlərinin həllində tərəfdaşlıq qarşılıqlı əlaqələrinin genişləndirilməsi üzrə fəal birgə işin davam etdiriləcəyinə əminliyini qeyd edib.
"Şübhəsiz ki, bu iş dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin, təhlükəsizliyin gücləndirilməsi istiqamətində gedir", - məktubda vurğuanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...