Vinnitsada azərbaycanlıların da mülkləri dağıldı, son statistika açıqlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın ötən gün raket atəşləri nəticəsində Vinnitsa şəhərinin mərkəzində dağıntıların növbəti nəticələri açıqlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhər meriyası hadisə ilə bağlı yeni rəqəmləri açıqlayıb.
Belə ki, ötən gün Vinnitsada Rusiya tərəfindən atılan silsilə raket zərbələri nəticəsində 183 nəfər yaralanıb ki, onlardan 3-ü azyaşlı olmaqla 82-si ağır vəziyyətdədir. 24 nəfər həlak olub ki, 3-ü azyaşlı uşaqlardır. 18 nəfər isə itkin düşüb. Ərazidə azərbaycanlılara məxsus 3 mağaza dağılaraq tamamilə yararsız hala düşüb.
Qeyd edək ki hazırda xilasedicilər dağıntılar altında itkin düşənləri axtarırlar. Bildirirlər ki, yaralılar arasında ölənlərin olacağı istisna edilmir.
Qalereya
Oxşar xəbərlər
Ukraynanın Vinnitsa şəhərində birgünlük matəm elan olundu - YENİLƏNİB
Rusiyanın raket hücumuna məruz qoyduğu Ukraynanın Vinnitsa şəhərində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq birgünlük matəm elan olunub. BAKU.WS “Rep...