Vilma Elles və əri motosiklet qəzası keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Aktrisa Vilma Elles və həyat yoldaşı Mehmet Şah Çelik motosiklet qəzası keçirib. Aktrisa qolundan və ayağından yaralanıb.
BAKU.WS türk mediasına istinadən xəbər verir ki, illər əvvəl yayımlanan “Öyle Bir Geçer Zamanki” serialında Karolin obrazı ilə tanınan Vilma Elles həyat yoldaşı Mehmet Şah Çeliklə motosiklet qəzası keçirib.
2022-ci ildə ailə quran cütlük motosiklet sürərkən qəfil yerə yıxılıblar. Ayağından və qolundan xəsarət alan aktrisa xəstəxana qarşısında həyat yoldaşı ilə şəkil paylaşıb.
Qeyd edək ki, 2015-ci ildə Kerem Göğüşlə evliliyindən Milat və Melodi adlı əkiz övladlarını dünyaya gətirən Vilma Elles 2022-ci ildə ailə qurduğu Mehmet Şah Çelikdən üçüncü övladını dünyaya gətirib.
Oxşar xəbərlər
"Öyle bir geçer zaman ki"nin uşaq aktyoru 18 yaşında - FOTO
"Öyle bir geçer zaman ki" serialının uşaq aktyoru "Küçük Osman"ı Emir Berke Zincidi illər sonra görüntüllərini paylaşıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər...