Masaj salonuna əxlaqsızlıq yuvası iddiası ilə basqın! Fenomen həbs olundu - FOTO\VİDEO

Masaj salonuna əxlaqsızlıq yuvası iddiası ilə basqın! Fenomen həbs olundu - FOTO\VİDEO
Foto Video
Siyasət 532

"YouTube"da paranormal hadisələrlə bağlı yayımladığı videolarla tanınan türkiyəli fenomen Kerem Balın masaj salonunda fahişəliklə bağlı edilən basqın zamanı həbs edilib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, fenomen öz ifadəsində fahişəlik ittihamını qəti şəkildə rədd edib.

Yeri əvvəlcədən müəyyən edilmiş 9 ünvana basqın edilib. Keçirilən reydlər zamanı şəbəkə üzvü olduğu iddia edilən 3-ü qadın olmaqla 7 şübhəli saxlanılıb. İstintaq çərçivəsində fahişəliyə məcbur edilən 6 əcnəbi qadının da xilas edildiyi qeyd olunub. İstanbul Asayiş Şöbə Müdirliyində sorğu-sual edilən şübhəlilərin iş yerlərində edilən axtarışlar zamanı 10 ədəd cib telefonu tapılıb. Əməliyyatlarının ardından Anadolu Ədliyyəsinə sövq edilən şübhəlilər arasında Kerem Balin, Burak Doğan, Fırat Acar və Məsud Gülər ​​həbs olunub, 3 şübhəli isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Məlumata görə, İstanbulda masaj salonunda fahişəliklə məşğul olduqları iddia edilən 4 şübhəli həbs edilib. Həbs edilən şübhəlilərdən birinin fenomen Kerem Balın olduğu üzə çıxıb.

Kerem Balın dindirilməsi zamanı deyib ki, yutub kanalı oğurlanıb. Masaj sertifikatı olduğu üçün salon açıb.

Digər həbs edilən şübhəli Burak Doğan isə ifadəsində deyib ki, onları polisə Keremin eks-sevgilisi şikayət edib.

Son xəbərlər