Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat
Siyasət 17

Daxili işlər orqanlarında yeni təyinat olub.

BAKU.WS-in məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Oxşar xəbərlər

Son xəbərlər