Vilayət Eyvazov şəhid polisin övladını Şuşa polis şöbəsində vəzifəyə təyin etdi
02
mar
2021
15:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşa şəhər polis şöbəsinə yeni təyinat olub.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmri ilə, Goranboy rayon Polis şöbəsində əməliyyat müvəkkili, polis baş leytenantı Sənan Əsgərov tutduğu vəzifədən azad edilərək Şuşa şəhər polis şöbəsinin əməliyyat müvəkkili təyin edilib.
Qeyd edək ki, S.Əsgərovun atası Xəzani Əsgərov Şuşa şəhər Polis Şöbəsinin əməkdaşı olub və 1994-cü ildə Qarabağ müharibəsindəki döyüşlərdə şəhid olub.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...