Vilayət Eyvazov qazi atasına yüksək vəzifə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər orqanlarında yeni təyinat olub.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Qubad Qasımov Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinə rəis təyin olunub.
Qeyd edək ki, Q. Qasımovun oğlu Musa Qasımzadə 44 günlük Vətən müharibəsi qazisidir.
Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə M.Qasımzadə “Qubadlının işğaldan azad olunmasına görə”, “Cəbrayılın işğaldan azad olunmasına görə” və “Hərbi Xidmətlərə” görə medalları ilə təltif edilib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...