Vilayət Eyvazov polis mayorunun rütbəsini artırdı
08
fev
2021
17:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyevin rütbəsi artırılıb.
BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə N.Piriyevə polkovnik-leytenant rütbəsi verilib.
Qeyd edək ki, bir müddət əvvəl BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Kamran Əliyev İdarə rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifələrinə təyin edilib.
Onun yerinə isə N.Piriyev təyinat almışdı.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...