Vilayət Eyvazov işdən çıxardığı rəisə yeni vəzifə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis müavini təyin olunub.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu barədə əmr imzalayıb. Əmrə əsasən, Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayev Büroya rəis müavini təyin edilib.
Qeyd edək ki, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi general-mayor Əlaslan Ağayev ötən həftə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi. Hazırda rəis vəzifəsi boş olduğu üçün Muradəli Babayevin Büro rəisinin vəzifələrini icra edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...