Vilayət Eyvazov daha iki rayona polis rəisi təyin edib
04
fev
2021
09:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Masallı və Tovuz rayonlarına yeni polis rəisləri təyin edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmrlər imzalayıb.
Əmrə əsasən, Neftçala rayon polis şöbəsinin rəisi polkovnik Vüsal Şəbəndəyev tutduğu vəzifədən azad edilərək Masallı rayon Polis Şöbəsinə rəis təyin edilib.
Masallının sabiq polis rəisi Habil Əmiraslanov isə Tovuz rayon Polis Şöbəsinə rəis təyin edilib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...