Viktor Orban İlham Əliyevlə görüşündən paylaşım edib: Dostu görmək hər zaman xoşdur
Bir dostu görmək hər zaman xoşdur.
BAKU.WS xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevlə oktyabrın 6-da Qəbələdə keçirdiyi görüşə dair "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
🤝🇭🇺 Always a pleasure to see a friend! Meeting with @presidentaz in Gabala today prior to the 12th Summit of the Organization of Turkic States. pic.twitter.com/NPHHS5ePqX
— Orbán Viktor (@PM_ViktorOrban) October 6, 2025
Qeyd edək ki, liderlər arasında bu gün keçirilən görüşdə Macarıstanın Baş naziri Azərbaycana əvvəlki səfərlərinin, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşündə iştirakının vacibliyinə toxunub.
Azərbaycanla Macarıstan arasında əlaqələrin mövcud vəziyyəti yüksək qiymətləndirilib. Bu xüsusda enerji, investisiyalar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
Oxşar xəbərlər
"Platinum Wolf - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
Serbiyanın Buyanovats şəhəri yaxınlığında hərbi qulluqçularımızın iştirakı ilə "Platinum Wolf - 2026" beynəlxalq taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi...