Vətən müharibəsi zamanı ağır yaralanaraq komaya düşən əsgərimizin anası danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
125 gün sonra komadan ayıldığı deyilən əsgər İsmayılzadə Tacəddin Vüqar oğlunun anası açıqlama verib.
BAKU.WS "Yeniavaz.com"a istinadən xəbər verir ki, onun sözlərinə görə, Tacəddin komadan ayılmayıb:
“Balam Tacəddin 125 gündür ki, komadadır. Çox xahiş edirəm, özünüzdən söz yazıb, hamının hissləri ilə oynamayın. Balamın vəziyyəti çox ağırdır, hər an Allaha yalvarıram ki, pis xəbər eşitməyim. Nə olar, bizim hisslərimizlə oynamayın”.
Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə əsgərimizin komandan ayılması ilə bağlı məlumat və video yayılıb.
Xatırladaq ki, Tacəddin İsmayılzadə oktyabrın 9-u Füzuli istiqamətində gedən ağır döyüşlərdə yaralanıb.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...