Vətən müharibəsi şəhidi dəfn edildi

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən şəhid hərbi qulluqçu Cəfərov Babək Məxsus oğlu dəfn edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, Samux rayonunun Qarayeri qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Samux rayon Əlikənd kənd sakini, 1991-ci il təvəllüdlü B.Cəfərov Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq komaya düşüb. O, martın 8-də müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalıb.
Şəhidin 2 övladı Vətənə əmanət qalıb.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...