Vətən müharibəsi qazisi: “Minamyot partladı, ayaqlarım tikə-tikə oldu” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-də yayımlanan “Arzu Kəlbinin reportajı”nın növbəti qəhrəmanı Vətən müharibəsi qazisi Abdulla Abdullayevdir.
Müharibəyə könüllü yollanan Abdulla Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib və hər iki ayağını miaatan atəşi nəticəsində itirib.
Yaralanmasından bəhs edən qazinin sözlərinə görə, iki oğlu ilə birlikdə döyüşən Müşviq Abbasov onu və digər yaralı döyüş yoldaşlarını xilas edərkən şəhid olub.
Xəstəxanaya çatdırılarkən ancaq anasını düşündüyünü deyən Abdulla qeyd edib ki, anası şəkər xəstəsi olduğu üçün sağalıb evə qayıdana qədər oğlunun hər iki ayağını itirdiyini ondan gizlədiblər.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...