Vatikan Ukrayna münaqişəsində sülhə doğru irəliləyiş görmür
12
yan
2024
21:21
Vatikan Ukrayna münaqişəsində tərəflərin sülhü bərqərar etməyə hazır olduğunu görmür.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pyetro Parolin ictimai tədbirdə çıxışı zamanı bildirib.
“Münaqişənin sona çatmasına birbaşa yönəlmiş heç bir xüsusi addım atılmır. Amma qarşılıqlı anlaşma və yaxınlaşma şəraitini təşviq etmək istərdim ki, bu da danışıqları daha da yaxınlaşdırmağa imkan verəcək.
Amma şəxsən mən tərəflərin bütün bunlardan hələ çox uzaq olduğunu görürəm”, - o deyib.
Oxşar xəbərlər
Böyük missiyası olan kiçik şəhər - “Kaspi”nin REPORTAJI - FOTO
Vatikanın özünün gerbi, bayrağı, mühafizəçiləri və hətta dili - latın dili var. Dünyanın ən kiçik ölkəsi qəzet nəşr edir, radiosu və poçtu fəaliyyət göstərir. R...