Vaşinqtonun meri Azərbaycanla bağlı bəyannamə imzaladı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildönümü ilə bağlı 28 may tarixini Respublika Günü elan edib və bununla bağlı Bəyannamə imzalayıb.
BAKU.WS xəbər verir ki, bəyannamədə 1918-ci ildə müsəlman dünyasında ilk dəfə olaraq parlamentli demokratik respublikanın yaradılması qeyd olunub.
Bildirilib ki, dünyada 50 milyon azərbaycanlı yaşayır, 10 milyon azərbaycanlı diasporu təşkil edir və Vaşinqton şəhəri bu icma üçün ilk 10 şəhər arasında yer alır.
Eyni zamanda bu il Azərbaycanın müstəqilliyinin bərpasından otuz il və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından iyirmi doqquz il keçdiyi bildirilir.
Azərbaycanın ABŞ-ın Cənubi Qafqaz və Xəzər dənizi bölgəsində strateji tərəfdaş olduğu vurğulanaraq hər iki ölkənin qlobal enerji təhlükəsizliyinə və regional sabitliyə, sülhə və firavanlığa dəstəyi diqqətə çatdırılır.
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası xüsusilə ölkənin paytaxtında müxtəliflik və fürsət yaratmaq üçün iqtisadi sahədə və insanlar arasında mübadilənin vacibliyini tanıyır.
Oxşar xəbərlər
İtaliyanın Neapol Şəhər Şurası yekdilliklə Azərbaycana dəstək sənədi qəbul edib
Bakı şəhəri ilə qardaşlaşma əlaqlərinə malik olan İtaliyanın Neapol şəhərindən Azərbaycana münasibətdə dostluğun bariz nümunəsi olan növbəti addım atılıb. Neapo...