Valeri Pekresin Xankəndiyə qanunsuz səfərindən xəbərimiz olsaydı... - Prezident
Yeniliklərdən dərhal xəbərdar olun
Dəfələrlə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.
"Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil və mən necə var elə də deməliyəm, müsbəti də, mənfini də. Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokommisar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə.
Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz. Ona görə belə hallar baş verir, buna yol vermək olmaz qətiyyən və buna son qoyulmalıdır", - deyə ölkə başçısı əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Türkiyənin "Anadolu" agentliyinə müsahibəsi - TAM MƏTN - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibə verib. Müsahibə sentyabrın 27-də agentliyin saytında yayımlanıb. BA...