Vahid Ələkbərovun “Lukoyl”un prezidenti səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi
Rusiyanın enerji nəhəngi “Lukoyl”un səhmdarları Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərovun şirkətin prezidenti səlahiyyətlərinə vaxtından əvvəl xitam verib.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, şirkətin yeni rəhbəri Vadim Vorobyov təyin edilib.
Qeyd edək ki, Vorobyov 20 ildən artıqdır ki, şirkətdə çalışır. Buna qədər o, şirkətin birinci icraçı vitse-prezidenti idi.
Xatırladaq ki, Vahid Ələkbərov “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib. O, vəzifəsini tərk etməsinin səbəbi kimi Böyük Britaniya və Avstraliyanın fərdi sanksiyalarını göstərib və bildirib ki, bu, “Lukoyl”un işinə mane olur.
Oxşar xəbərlər
Putin Vahid Ələkbərovu təltif etdi
Rusiya prezidenti Vladimir Putin “LUKOYL” neft-qaz şirkətinin sabiq rəhbəri, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovu təltif edib. BAKU.WS "Report"a istinadə...