Üzərində 447 brilyant daş olan "Heydər Əliyev" ordeni kimlərə verilib - TAM SİYAHI
25
okt
2019
16:00
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb və daha sonra onu qəbul edərək "Heydər Əliyev" ordeni ilə təltif edib.BAKU.WS yeniavaz.com-a istinadla xəbər verir ki, Ramiz Mehdiyev "Heydər Əliyev" ordeni ilə təltif edilən sayca 25-ci şəxs olub.Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının ən yüksək təltifi olan "Heydər Əliyev" ordeninin təsisi Milli Məclisə Azərbaycan Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 10 mart 2004-cü il tarixli, 38 nömrəli Fərmanı ilə tövsiyə olunub."Heydər Əliyev" ordeninin ilk laureatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olub."Heydər Əliyev" ordeni ilə təltif olunanlar:1. 28.04.2005 - İlham Əliyev, Azərbaycan Prezidenti2. 29.04.2005 - İhsan Əli Paşa oğlu Doğramacı, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi3. 29.01.2007 - Jak Şirak, Fransanın sabiq Prezidenti4. 27.03.2007 - Mstislav Leopodoviç Rostropoviç, Məşhur violençel ifaçısı və dirijor5. 21.05.2008 - Viktor Yuşşenko, Ukraynanın sabiq Prezidenti6. 27.11.2008 - Tahir Salahov, Məşhur Azərbaycan və SSRİ rəssamı7. 14.06.2009 - Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin Əmiri8. 02.07.2009 - Lex Kaçinski, Polşa Respublikasının sabiq Prezidenti9. 10.08.2009 - Valdis Zatlers, Latviya Respublikasının sabiq Prezidenti10. 18.04.2011 - Trayan Besesku, Rumıniya Respublikasının sabiq Prezidenti11. 14.11.2011 - Georgi Pırvanov, Bolqarıstan Respublikasının sabiq Prezidenti12. 11.07.2012 - Emoməli Rəhmon, Tacikistan Respublikasının Prezidenti13. 13.09.2013 - Arif Məlikov, SSRİ xalq artisti14. 11.11.2013 - Abdullah Gül, Türkiyənin 11-ci prezidenti15. 17.11.2013 - Viktor Yanukoviç, Ukraynanın 4-cü prezidenti16. 02.09.2014 - Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 12-ci prezidenti17. 29.06.2015 - Mehriban Əliyeva, Azərbaycanın 1-ci vitse-prezidenti18. 28.11.2016 - Aleksandr Lukaşenko, Belarus Prezidenti19. 26.12.2016 - Zeynəb Xanlarova, müğənni, SSRİ xalq artisti20. 03.04.2017 - Nursultan Nazarbayev, Qazaxıstan Respublikasının sabiq Prezidenti21. 20.12.2017 - Ömər Eldarov, heykəltəraş, Azərbaycanın xalq rəssamı22. 18.07.2018 - Sercio Mattarella, İtaliya Respublikasının Prezidenti23. 10.05.2019 - Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti24. 26.08.2019 - Allahşükür Paşazadə, Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri25. 23.10.2019 - Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəriOnu da qeyd edək ki, "Heydər Əliyev" ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarətdir. Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüşdən, 999 əyarlı 3,9 qram gümüşdən, 585 əyarlı 25 qram qızıladan, 750 əyarlı 57,4 qram qızıldan, 999 əyarlı 6,5 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,3 karatlıq 224 brilyant daşdan, cəmi 1,37 karatlıq 95 brilyant daşdan, cəmi 0,23 karatlıq 116 brilyant daşdan, cəmi 0,032 karatlıq 4 brilyant daşdan, ümumən 447 brilyant daşdan istifadə olunur.
Oxşar xəbərlər
Prezident Ramiz Mehdiyevi təltif etdi
Prezident İlham Əliyev Ramiz Ənvər oğlu Mehdiyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, o, Azərbaycan...