ÜST-dən "Xəstəlik X" xəbərdarlığı - Koronavirusdan 20 qat daha ölümcüldür - FOTO

ÜST-dən Xəstəlik X xəbərdarlığı - Koronavirusdan 20 qat daha ölümcüldür - FOTO
Siyasət 1

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrinə "Xəstəlik X" pandemiyasının yayılması barədə xəbərdarlıq edib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Davosda Dünya İqtisadi Forumunda çıxış edən ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

O "Xəstəlik X" adlı sirli bir xəstəlik olduğunu və dünya əhalisinin bu pandemiyaya hazırlıqlı olmalı olduğunu vurğulayıb.

Onun sözlərinə görə "Xəstəlik X" koronavirus pandemiyasından 20 qat daha ölümcüldür.

ÜST bu xəstəlik barədə ilk məlumatı 2021-ci ildə yayıb. Qebreyesus bu pandemiyanın dünyada 75 milyon insanın həyatına son qoyacağını, o cümlədən 5 ildən bir bu xəstəliyinin yeni növünün yayılacağını deyib.

O, Davosdakı çıxışı zamanı dünya ölkə liderlərini may ayında bir araya gələrək yayılacaq pandemiya ilə bağlı ortaq qərar qəbul etməyə səsləyib:

"COVID-19 pandemiyasında xeyli insan itirdik. Çünki onların vəfatının qarşısını ala bimirdik. Onları xilas edə bilərdik amma yerlər yox idi. Kifayət qədər oksigen də yox idi. Bəs biz indi ehtiyacımız olanda genişlənə biləcək bir sistemə necə sahib ola bilərik? Baş verə biləcək bir şeyi əvvəldən təxmin etmək daha yaxşıdır. Çünki bu tarixdə dəfələrlə olub. Buna hazırlıqlı olmaq vacibdir".

ÜST-dən

Son xəbərlər