ÜST: "Bu epidemiyanın digər ölkələrə yayılma riski yüksəkdir"

ÜST: Bu epidemiyanın digər ölkələrə yayılma riski yüksəkdir
Siyasət 4

Bu ilin yanvarında Afrikanın 10 ölkəsində 26 min nəfərin xolera (vəba) xəstəliyinə yoluxduğu, 700-nün isə öldüyü bildirilib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikadakı nümayəndəsi Fiona Braka Cenevrədə brifinqdə çıxışı zamanı bildirib:

"Bu ilin ilk dörd həftəsində Afrika bölgəsindəki 10 ölkədə 26 mindən çox yoluxma və 700 ölüm halı qeydə alınıb ki, bu da 2023-cü ilin eyni dövründə qeydə alınan halların demək olar ki, iki qatına bərabərdir".

Braka əlavə edib ki, hazırda Zambiya, Zimbabve, Mozambik, Tanzaniya, Konqo Demokratik Respublikası, Efiopiya və Nigeriyada epidemiyalar müşahidə olunur.

"Xüsusilə yoluxmaların ən yüksək olduğu bu mövsümdə bu epidemiyanın digər ölkələrə yayılma riski yüksəkdir", - deyə ÜST nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, xolera (vəba) çox yoluxucu xəstəlikdir. Qida və su yolu ilə yoluxur. Xolera ağır, kəskin sualtı diareyaya səbəb ola bilər. Xəstəliyin ağır forması müalicə olunmadıqda bir neçə saat ərzində ölümlə nəticələnə bilər.

Son xəbərlər