Ünal Üstel: Güclü Azərbaycan dövləti bütün Türk dünyasının qürurudur
Güclü Azərbaycan dövləti bütün Türk dünyasının qürurudur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Şimali Kiprin Baş naziri Ünal Üstel Azərbaycanda keçirilən Şimali Kiprin Mədəniyyət Günü çərçivəsində media üçün brifinqdə deyib.
"Bizim münasibətlər qardaşlığın, birliyin və dostluğun nümayişidir. Türkiyə, Azərbaycan və Şimali Kipr arasındakı bağlar təkcə diplomatiya müstəvisimdə deyil. Bu eyni taleyin, mədəniyyətin təzahürüdür"., - o əlavə edib.
Baş nazir 15 iyun Milli Qurtuluş Günü barəsində də fikirlərini ifadə edərək deyib ki, bu tarix Azərbaycan üçün tarixi dönüş böqtəsidir:
"Məhz bu təməlli və aparıcı siyasətin nəticəsidir ki, bu gün güclü Azərbaycan dövləti bütün türk dünyasının qürurudur. Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir".
Ünal Üstel Azərbaycanın hər zaman qardaş ölkənin yanında olduğunu, ona dəstək nümayiş etdirdiyini vurğulayıb:
"Biz Şimali Kipr xalqı olaraq bunu heç vaxt umutmayacağıq. Bu gün Azərbaycan və Türkiyə dövlət başçılarının iradəsi ilə Türk dünyası daha güclü nöqtəyə gəlib çatıb. Biz inanırıq ki, qardaşlıq ən böyük sərmayəmizdir".
O, Mədəniyyət Gününün yüksək təşkilatçılığı və qonaqpərvərlik üçün Prezident İlham Əliyevə təşəkkürlərini də ifadə edib.
Oxşar xəbərlər
Almaniya-Azərbaycan: Humanitar bağlar və tarixi ənənələr - Lonqrid
Azərbaycanla Almaniya arasında münasibətlər son illərdə yeni məzmun və daha geniş strateji çalarlar qazanaraq müxtəlif istiqamətlər üzrə inkişaf edir. Bu münasi...