UN-HABITAT: WUF13 indiki dövrdə çox mühüm əhəmiyyət kəsb edir
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) indiki dövrdə çox mühüm əhəmiyyət kəsb edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) xarici əlaqələr, strategiyalar, biliklər və innovasiyalar üzrə direktoru Edlam Yemeru WUF13-ün hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, UN-HABITAT Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir: "Ümumdünya Şəhərsalma Forumu həqiqətən qlobal, son dərəcə inklüzivdir. O, şəhər inkişafı və mənzil sahəsi ilə bağlı dünyanın ən mötəbər konfransına çevrilib".
Qonaq deyib ki, WUF13 çox vacib tədbirdir: "2026-cı il qlobal şəhər inkişafı üçün xüsusilə mühüm ildir. Birinci məqam odur ki, qlobal mənzil böhranı indi kritik təcililik səviyyəsinə çatıb. Bu gün dünyada təxminən 3 milyard insanın mənzili yoxdur, 1,1 milyard insan gecəqondularda və qeyri-rəsmi yaşayış məntəqələrində son dərəcə ağır şəraitdə yaşayır. Beləliklə, böhranın miqyasını təsəvvür edə bilərsiniz. Forumunun vurğulayacağı məsələ məhz budur".
Oxşar xəbərlər
İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub və iki ölkə arasında bir sıra sənədlər imzalanıb
Azərbaycan Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə fevralın 27-də geniş tərkibdə görüşü olub. BAKU...