Ukraynaya növbəti maliyyə vəsaiti ayrılır: Məbləğ 1

09
iyn
2022
22:50
Dünya Bankı Ukraynaya 1,5 milyard dollar ayıracaq.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilib.
Bununla bağlı saziş Ukraynanın maliyyə naziri Sergey Marçenko və Dünya Bankının Belarus, Moldova və Ukrayna üzrə regional direktoru Arup Banerji arasında imzalanıb.
Marçenko deyib ki, bu pul Ukraynaya dövlət sektorunda çalışanlar üçün maliyyəni artırmağa, eləcə də davamlı dövlət idarəçiliyini təmin etməyə imkan verəcək.
Oxşar xəbərlər
Rusiya Ukraynanın 20%-ni işğal edib, 13 milyard dollarlıq hərbi texnikasını itirib
Rusiyanın Ukraynada işğal etdiyi ərazilər ölkənin 20%-ni təşkil edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hesablamanı “Forbes” nəşri aparıb. Nəşrin məlu...
