Ukraynanın nüfuzlu telekanalı Şuşadan xüsusi reportaj yayımlayıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın nüfuzlu telekanalı Şuşadan xüsusi reportaj yayımlayıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, “Ukrayna” telekanalının xəbərlər proqramında Şuşaya ezam olunan müxbiri görülən quruculuq işlərindən danışıb. Şuşada ilk çörək sexində olan ukraynalı jurnalist orada yaradılan yüksək şəraiti qeyd edib.
Reportajda həmçinin Azərbaycan ordusunun Şuşanın azad olunması uğrunda rəşadətli döyüşü haqqında maraqlı faktlar qeyd olunub, xüsusi təyinatlılarımızın göstərdiyi qəhrəmanlıqlar vurğulanıb.
Bundan başqa, reportajda ərazilərin minalardan təmizlənməsi, magistral yolların çəkilişi, elektrik stansiyasının tikintisi barədə də ətraflı məlumat verilib.
Oxşar xəbərlər
Prezident və xanımı Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak edib - YENİLƏNİB - VİDEO
Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğma...