Ukraynanın nüfuzlu KİV-ləri Prezident İlham Əliyevin Xankəndiyə səfərini geniş işıqlandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndiyə səfəri və orada Dövlət Bayrağımızı ucaltması ilə bağlı xəbərlərə geniş yer ayırıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, “Azadlıq” Radiosunun Ukrayna Redaksiyası, “TSN”, “24Kanal”, “DeutscheWelle”nin Ukrayna Redaksiyası, “Gazeta”, “Korrespondent”, “NV”, “Podrobnosti”, “Yevropeyskaya Pravda”, “Ukraynskaya Pravda”, “Fakti”, “Slovom i Dilo” və digər informasiya agentliklərində, xəbər portallarında Ukrayna, rus və ingilis dillərində dərc edilən məqalələrdə Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdığı xüsusi qeyd edilib.
Həmçinin bildirilib ki, Prezident İlham Əliyev Qarabağın digər yaşayış məntəqələrində, o cümlədən Ağdərə, Xocalı, Kərkicahan və Malıbəylidə olub, Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb.
Oxşar xəbərlər
Xocalı, Xankəndi və Qarabağın digər rayonlarından olan məcburi köçkünlər bəyanat yayıb
Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər dünya i...