Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyib
Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyib.
BAKU.WS xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Bildirilib ki, diplomatik nümayəndəlik İran PUA-larının Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə hücumu barədə məlumatları diqqətlə izləyir.
Ukrayna səfirliyi Azərbaycana dəstək və həmrəyliyini ifadə edib: "Hamını qlobal təhlükəsizliyə, eləcə də xalqlarımızın gələcəyinə xələl gətirən rejimlərə qarşı mübarizəni gücləndirmək üçün birləşməyə çağırırıq".
Məlumatda İran dronlarının çoxdan terror alətinə çevrildiyi xatırladılıb, məhz bu silahın İran rejimi tərəfindən Ukrayna şəhərlərinə, mülki infrastruktura və dinc əhaliyə zərbələr endirmək üçün istifadə edildiyi vurğulanıb.
Açıqlamada Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın "İran rejimi on illərdir bölgəni terror edir, digər ölkələrə qeyri-sabitlik gətirən terror qruplaşmalarını dəstəkləyir və maliyyələşdirir" fikirlərinə də yer verilib.
"Ukrayna beynəlxalq hüquqa, ləyaqətə və insan həyatına xor baxan rejimlərin hansı təhlükə yaratdığını yaxşı bilir", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Küveyt İranın Naxçıvana zərbələrini pisləyib
Küveyt Xarici İşlər Nazirliyi (XİN) İranın bu gün Azərbaycana pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələri, eləcə də Türkiyə səmasında İran PUA-sının...