Tanınmış aktyor Rusiya-Ukrayna müharibəsinin qurbanı oldu - FOTO

07
mar
2022
14:41
Ukraynalı aktyor Paşa Li Rusiyanın Ukraynaya hərbi hücumunun qurbanı olub.
BAKU.WS xəbər verir ki, sənətçi ötən gün Rusiyanın Ukraynanın İrpin şəhərini atəşə tutması nəticəsində dünyasını dəyişib.
O, aldığı güllə yarasından yerindəcə keçinib.
33 yaşlı Paşa martın 1-dən ölkəsinin müdafiəsi üçün könüllülər sırasına qoşulub. O, bununla bağlı sosial şəbəkə hesabında məlumat paylaşmışdı.
Xatırladaq ki, Li "Unudulmuş əcdadların kölgələri", "Sinif yoldaşlarının görüşü" kimi ekran əsərlərində yaddaqalan obrazlar yaradıb.

Oxşar xəbərlər
Bombardmandan sonra İrpin şəhəri - ACINACAQLI GÖRÜNTÜLƏR - VİDEO
Rusiya ordusu Kiyev vilayətinin İrpin şəhərinə raket zərbələri endirib. BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə bomba...
