Ukraynadan Azərbaycana təxliyə olan şəxslərin sayı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir. İndiyədək Azərbaycana 3 138 nəfər təxliyə olunub.
Xarici İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, onların sırasında çarter reysləri vasitəsilə 1908 nəfər, quru yolu ilə təxliyə olunanlar isə 1263 nəfər təşkil edir.
"Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 10 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib. Vətəndaşlarımızın həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edəcək", - məlumatda vurğulanıb
Oxşar xəbərlər
Ukraynanı tərk edən Azərbaycan vətəndaşları Bolqarıstan ərazisindən Türkiyəyə keçə bilər - XİN
Ukraynanı tərk edən Azərbaycan vətəndaşları Bolqarıstan ərazisindən istofadə edərək Türkiyəyə keçə bilər. BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirli...