Ukraynada son sutkada Rusiya ordusunun İran istehsalı olan 11 PUA-sı vurulub

Ukraynada son sutkada Rusiya ordusunun İran istehsalı olan 11 PUA-sı vurulub
Siyasət 71

“Rusiya Silahlı Qüvvələri son sutka ərzində İran istehsalı olan 13 “Şahed-136” pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Xarkov şəhərinin enerji infrastrukturuna zərbələr endirib. PUA-ların 11-i Ukrayna ordusu tərəfindən məhv edilib”.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Baxmut və Avdeyevski istiqamətlərində hücum əməliyyatlarını davam etdirir. Onlar Liman istiqamətində taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır.

Kupyansk istiqamətində düşmən Xarkov vilayətinin Sinkovka, Olşana, Kupyansk, Kislovka və Kraxmalnoye yaşayış məntəqələrinin ərazilərini atəşə tutub.

Ukrayna aviasiyası son sutka ərzində Rusiya qüvvələrinin cəmləşdiyi ərazilərə 17, zenit-raket komplekslərinin mövqelərinə isə 4 zərbə endirib.

Ukrayna Müdafiə Qüvvələrinin raket və artilleriya bölmələri beş komanda məntəqəsini, canlı qüvvə və sursatların cəmləşdiyi üç ərazini vurub.

Son xəbərlər