Ukraynada sərnişinlə dolu avtobusu girov götürən terrorçu saxlanılıb

21
iyl
2020
23:42
Ukraynanın Lutsk şəhərində silahlı şəxs 20-dək sərnişinin olduğu avtobusu girov götürüb, sonradan girovlar xilas olunub.
BAKU.WS xəbər verir ki, bu məqsədlə polis və xüsusi təyinatlılar əməliyyat keçirib. Terrorçuda silah və partlayıcının olduğu bildirilir.
Əvvəlcə əməliyyatçılar partlayış hücum əməliyyatı keçirərək avtobusa soxulublar və avtobusdakı sərnişinlər azad edilib. Bundan sonra terrorçu saxlanılıb.
Ukrayna DİN-dən verilən məlumata görə, bütün girovlar sağdır və onların səhhəti üçün heç bir təhlükə yoxdur.
Oxşar xəbərlər
Koronavirusun böyük effekti: Çin bioloji savaşa məruz qalmış vəziyyətdədir
Dünya artıq yeni dövrə - bioloji savaş mərhələsinə qədəm qoyub və bundan sonra insanların taleyi bakteriyalara və viruslara sahib olanların nəzarətinə keçə bilə...