Ukraynada rusların girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada Rusiya hərbçilərinin girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib.
BAKU.WS Report"a istinadən xəbər verir ki, əslən Neftçala rayonundan olan Hüseyn Abdullayevin valideynləri onun azad olunması üçün rəsmi qurumlara müraciət ediblər.
Tələbənin atası Amin Abdullayevin verdiyi məlumata görə, dünən axşam saatlarında oğlu ilə əlaqə saxlaya bilib. Oğlunu saxlayan adamlar bildiriblər ki, Hüseynlə normal davranırlar, amma yerini deyə bilməzlər: "Hüseyn özü də bizimlə (valideynləri ilə - red.) danışıb, yaxşı olduğunu bildirib".
Qeyd edək ki, H.Abdullayev Mariupol Universitetinin 3-cü kurs tələbəsidir. Sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyərkən avtomaşında olan şəxslərlə birgə rus hərbçilər tərəfindən girov götürülüb.
Oxşar xəbərlər
Ukraynalı hərbçilər Volnovaxanı tərk ediblər, Mariupol isə döyüşür
"Mariupol da daxil olmaqla bütün əhəmiyyətli şəhərlər nəzarətimizdədir. Volnovaxa isə faktiki olaraq məhv edilib". BAKU.WS-in məlumatına görə, Donetsk vilayəti...